Bir sıra ölkədə "Twitter"in işində qüsurlar yaranıb

16 Fevral 2023 08:38

Çərşənbə günü bəzi ölkələrdə "Twitter" mikrobloqlar xidmətinin fəaliyyətində qüsurlar müşahidə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resursların işini izləyən "Downdetector" portalı xəbər verir.

İstifadəçilər sayt və proqramın işi, həmçinin serverə qoşulma ilə bağlı qüsurlar barədə məlumat veriblər.

Ən çox qüsurlar ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransada qeydə alınıb.

Milli.Az