“Hər dəfə sənin yanında olmağa dəyərdi” - VİDEO - FOTO

16 Fevral 2023 08:20

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. "Borussiya" ilə "Çelsi" arasındakı matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Dortmund təmsilçisinin azarkeşləri görüş öncəsi möhtəşəm pankart nümayiş etdiriblər.

Pankartda, - "hər dəfə sənin yanında olmağa dəyərdi", - sözləri qeyd olunub. Bu, "Borussiya"ya azarkeşlərin ilk belə dəstəyi deyil. Demək olar ki, onalr hər dəfə fərqlənməyi bacarırlar.

Milli.Az