"Mançester Siti" "Arsenal"a qalib gəlib liderliyə yüksəldi - VİDEO

16 Fevral 2023 09:00

İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınmış oyun keçirilib

Lider "Arsenal" öz meydanında 2-ci pillədə qərarlaşan "Mançester Siti" ilə qarşılaşıb. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Arsenal" - "Mançester Siti" - 1:3

Qollar: De Brüyne, 24 (0:1), Saka, 42 (1:1), Qriliş, 72 (1:2), Haaland, 82 (1:3)

Bu nəticədən sonra xallarını 51-ə çatdıran "Mançester Siti" liderliyi ələ keçirib. Ehtiyatında bir oyunu olan "Arsenal"ın da 51 xalı var.

Milli.Az