“SOCAR Türkiyə” canlı yayımda 3,5 milyon TL yardım etdi

16 Fevral 2023 07:15

Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə, tək ürək" adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirir.

Canlı yayıma "SOCAR Türkiyə" Kommunikasiya və Dövlətlə Əlaqələr departamentinin rəhbəri Mikayıl Yusifov da qatılıb.

O, "SOCAR Türkiyə"nin fəlakət bölgələrində gördüyü işlərdən danışmaqla yanaşı, zərərçəkənlərə 3,5 milyon TL yardım etdiyini açıqlayıb.

Milli.Az