Rusiyaya məxsus helikopter vuruldu

15 Fevral 2023 22:33

Ukrayna Rusiyaya məxsus Ka-52 hücum və kəşfiyyat helikopterini məhv edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Feysbuk hesabında paylaşım edilib.

"Bu gün şərq cəbhəsində Ukrayna müdafiəçiləri düşmənin Ka-52 hücum və kəşfiyyat helikopterini məhv edib", - məlumatda deyilib.

Milli.Az