Sergey Lavrov Azərbaycana səfər edəcək

15 Fevral 2023 19:53

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, hazırda Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir.

Agentliyimizin həmsöhbəti Rusiya XİN başçısının Bakıya səfərinin fevral ayının sonunda baş tutacağını, hələlik dəqiq tarixin müəyyənləşmədiyini söyləyib.

Milli.Az