Antakyada hər iki binadan biri dağılıb

15 Fevral 2023 18:28

Türkiyənin Antakya şəhərində zəlzələ nəticəsində binaların 40 faizi zədələnib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Onun sözlərinə görə, şəhərdəki hər iki yaşayış binasından biri dağılıb. Nazir qeyd edib ki, zərərin qiymətləndirilməsi ilə bağlı işlər sürətlə davam edir.

Milli.Az