“Nadirlə Ayan eşq yaşayır, amma..." - VİDEO

15 Fevral 2023 11:59

Müğənni Ayan Babakişiyeva həmkarı Nadir Qafarzadə ilə haqlarında yayılan sevgi söz-söhbətinə aydınlıq gətirib.

Milli.Az sfera.az-a istinadla xəbər verir ki, bu barədə "ATV Maqazin onlarla"ya  açıqlama verən Ayan aralarında eşq münasibəti olmadığını bildirib:

"Nadirlə Ayan eşq yaşayır, amma ifa etdikləri duetlərdə, mahnılarda... Vallah, bir insan nə görmək istəyirsə onu görür. Biz çox yaxın dostuq, həddən artıq. Ailəvi dostuq, Nadirin həyat yoldaşı Sevinc xanımla da yaxınam".

Milli.Az