Türk mətbəxinin əvəzedilməz toyuq plovu necə hazırlanır? - VİDEO

23 Mart 2023 20:24

Türk mətbəxinin əvəzedilməz toyuq plovu necə hazırlanır?

Milli.Az lent.az-a istinadən növbəti resepti təqdim edir.

Bu dəfə sosial şəbəkədə "MyFoodChannel" adı ilə tanınan səhifəyə istinadən türk mətbəxinin ən sevilən küçə yeməklərindən biri olan toyuq plovun hazırlanma qaydasını sizinlə bölüşəcəyik. Hazırladığınız bu yeməyin dadı damağınızdan getməyəcək. Onu da qeyd edək ki, təqdim etdiyimiz resept 4-6 nəfərlikdir.

Lazım olan ərzaqlar:

Asan hazırlanan və çox dadlı lobya salatı
Dünya mətbəxinin ən maraqlı piroqları: Balıqlı, makaronlu..
İnsanı uşaqlığa aparan məşhur peçenye resepti
Ətraflı
Stəkan ölçüsü 200 ml.

Bulyon üçün:

3 ədəd toyuq filesi

1 ədəd soğan

Dəfnə yarpağı

Qara istiot

1 litr isti su

1 çay qaşığı duz

Əti dadlandırmaq üçün:

Yağ

Pul bibər, paprika, sarıkök, istiot

Plov üçün:

2 yemək qaşığı kərə yağı

2 yemək qaşığı duru yağ

2 stəkan düyü

1 stəkan noxud (bişmiş)

Duz

2,5 stəkan bulyon

1/2 stəkan isti su

Hazırlanma qaydasını videodan ətraflı izləyə bilərsiniz.

Nuş olsun!

Milli.Az