Atambayev azadlığa çıxan kimi ölkədən getdi

15 Fevral 2023 18:17

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev azadlığa buraxılan kimi ölkəni tərk edib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Atambayev Dubaya uçub, burdan isə müalicə üçün İspaniyaya yollanacaq.

"Almazbek Atambayev bu gün 06:30-da Bişkek-Dubay marşrutu ilə uçub. Oğlu Kadırbek də onunla birlikdədir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən ailəsi Almazbek Atambayevin azadlığa buraxıldığını bildirmişdi.

Milli.Az