Azərbaycanlı xilasedici dağıntılar altından qızıl tapdı - VİDEO - FOTO

15 Fevral 2023 16:54

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Əli Şirzadov Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə zamanı dağıntılar altından qızıl-zinət əşyaları tapıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Əli Şirzadov tapdığı qızılları jandarm bölməsinə təhvil verib.

Onun bu addımını yaxınlıqdakı insanlar rəğbətlə qarşılayıblar.

Milli.Az