"Bu, müharibənin gedişatına strateji təsir göstərməyəcək"

15 Fevral 2023 08:40

Baxmutun Rusiya ordusu tərəfindən zəbti müharibənin gedişatına təsir etməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Bu, bütövlükdə müharibənin gedişatına strateji təsir göstərməyəcək", - o vurğulayıb.

Eyni zamanda, Kirbi Rusiya ordusunun şəhəri zəbt edib-etməyəcəyinin hələ də bəlli olmadığını söyləyib.

Milli.Az