Bolsonaru martda Braziliyaya qayıtmağı planlaşdırır

15 Fevral 2023 07:52

Hazırda ABŞ-da olan Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru martda ölkəsinə qayıtmaq niyyətindədir.

Milli.Az "report"a istinadən xəbər verir ki, o, bu barədə "The Wall Street Journal"a müsahibəsində bildirib.

Nəşr Bolsonarunun mart ayında qayıdışı ilə bağlı sözlərindən sitat gətirib. "Sağçı hərəkat ölməyib və yaşayacaq", - keçmiş prezident əlavə edib.

Seçkilərin ikinci turunda Bolsonarunu məğlub edən sosialist Luiz İnasio Lula da Silva yanvarın 1-də vəzifəsinin icrasına başlayıb. Onların arasındakı fərq təxminən 2 milyon səs idi. Mühafizəkar siyasətçi məğlubiyyətini etiraf etməyib, onun tərəfdarları Lula da Silvanın vəzifəyə başlamamasını tələb edərək kütləvi şəkildə küçələrə və silahlı qüvvələrin qarnizonlarına çıxdılar. 2022-ci il dekabrın sonunda eks-prezident ABŞ-a gedib.

Milli.Az