Zəlzələdə yaxınlarını itirənlərə veriləcək təzminatın həcmi açıqlandı

15 Fevral 2023 07:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, zəlzələdə həyatını itirənlərin yaxınlarına təcili ehtiyacları üçün 100 min lirə (təxminən 9 min AZN) nağd pul veriləcəyini bildirib.

Dövlət başçısı qeyd edib ki, hazırda dövlət 1,6 milyon zərərçəkmiş vətəndaşın ehtiyaclarını qarşılayır.

Milli.Az