İsveçrədə hökumət binaları mühasirəyə alındı

15 Fevral 2023 07:14

İsveçrənin paytaxtı Berndə parlament və hökumət binalarının yerləşdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsveçrə polisinin Tvitter hesabında paylaşım edilib.

Qeyd olunub ki, bir nəfərin şübhəli hərəkətləri ilə bağlı əməliyyat keçirilib.

Sakinlərdən dövlət müəssisələrinin yerləşdiyi əraziyə yaxınlaşmamaları xahiş olunub.

Milli.Az