Ukraynada daxili işlər nazirinin müavinləri təyin edildi

14 Fevral 2023 21:09

Ukraynada Nazirlər Kabineti Daxili İşlər Nazirliyi ilə bağlı bir sıra kadr qərarları qəbul edib - beş nazir müavini və bir dövlət katibi təyin edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk teleqramda məlumat yayıb.

Məlumata görə, hökumət tərəfindən aşağıdakı qərarlar qəbul edilib:

Drapyatoy Boqdan Yevgenyeviç Ukrayna daxili işlər nazirinin müavini;

Yekaterina Pavliçenko Ukrayna daxili işlər nazirinin müavini;

Aleksey Alekseviç Sergeyev Ukrayna daxili işlər nazirinin müavini;

Teteria Vasili Mixayloviç Ukrayna daxili işlər nazirinin müavini;

Timçenko Leonid Leonidoviç Ukrayna daxili işlər nazirinin müavini;

Yaşçuk İnna Petrovna Ukrayna Daxili İşlər Nazirliyinin dövlət katibi seçilib.

Milli.Az