Dövlət Gömrük Komitəsinə sədr təyin edildi - SƏRƏNCAM

14 Fevral 2023 17:41

Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Şahin Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Milli.Az