Binəqədidə açıq ərazidə yanğın başlayıb

14 Fevral 2023 17:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, mazut qalıqları və qamışlıq sahə yanır.

Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.

Milli.Az