61 yaşlı kişi əvvəl arvadını sonra özünü yaraladı

14 Fevral 2023 20:11

Oğuzda kişi arvadına və özünə xəsarətlər yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 17 radələrində 1962-ci il təvəllüdlü Oğuz şəhər sakini Nazim Rəhimov əvvəlcə kəsici alətlə arvadı, 1966-ci il təvəllüdlü Sevinc Rəhimovaya, daha sonra isə özünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az