Nazilə Səfərli nənə oldu - FOTO

14 Fevral 2023 16:20

Şairə Nazilə Səfərli nənə olub.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

Nazilə oğlu Nurlanın övladının dünyaya gəldiyi bildirib:

"Sevgi bar verməkdir... Oğlumun oğlu oldu. Xoş gəldin, Ayaz. Şükr, kəllə qəndi açmaq qismətimiz oldu. Evləriniz körpəsiz olmasın. Gözaydınlığı verən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Nurlan ötən il Nuranə adlı xanımla evlənib.

Milli.Az