Pensiyaların artımlarla ödənişi bu tarixdə yekunlaşacaq - AÇIQLAMA - VİDEO

14 Fevral 2023 11:08

İndeksasiyadan sonra pensiyalardakı artımın nə qədər olacağı açıqlanıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov məlumat verib.

Elnur Abbasov əlavə edib ki, artıq artımlarla birgə pensiyaların verilməsinə başlanıb.

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib. Onun sözlərinə görə, proses bu həftənin sonunda yekunlaşacaq.

Şöbə müdiri onu da bildirib ki, həyata keçirilən sosial islahat paketləri pensiya sahəsində Azərbaycanın reytinqlərinin yüksəlməsinə səbəb olur.

Ölkəmiz bu gün həm minimum, həm də orta aylıq pensiyanın alıcılıq qabiliyyəti baxımından MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yerdə, minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə ikinci yerdə qərarlaşıb.

O bildirib ki, bu göstərici həyata keçirilən iqtisadi islahatların nəticəsidir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi 153 xidmətdən 140-dan çoxu elektronlaşdırılıb. Yəni elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az