Dörd evini zərərçəkənlərə verəcək

14 Fevral 2023 09:09

Türkiyəli müğənni Demet Akalın zəlzələdə zərərçəkənlərə yardım etməyə davam edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Pentik bölgəsindəki 4 evini bir il müddətinə dağıntılar altından çıxan şəxslərə verəcək. Bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb:

"Zərərçəkənlər 1 illik Pentikdəki 4 evdə yaşayacaqlar, amma əşyası yoxdur. Yeni əşyalar almaq istəyənlər mənimlə əlaqə yaratsın".

Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 31 643 nəfər həlak olub.

Milli.Az