Kanada vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb

14 Fevral 2023 08:42

Kanada hakimiyyəti həmvətənlərini dərhal Belarus ərazisini tərk etməyə çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, hazırda ölkənin Polşadakı səfirliyinin Belarusda konsulluq xidmətləri göstərmək imkanları çox məhduddur.

Sənəddə deyilir: "Kanadalılar yerli qanunların seçmə tətbiqi və Rusiya ilə Ukrayna arasında silahlı münaqişə riski səbəbindən Belarusa səyahət etməkdən çəkinməlidirlər".

Bütün kanadalılar Belarusu kommersiya nəqliyyatı ilə tərk etməlidirlər.

Milli.Az