Nazirlər Kabinetinin iclası AFAD-ın qərargahında keçiriləcək

14 Fevral 2023 08:12

Türkiyə Nazirlər Kabinetinin çərşənbə axşamı, fevralın 14-nə planlaşdırılan iclası Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Ankaradakı baş ofisində keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclas yerli vaxtla saat 15:00-da başlayacaq.

Təbii fəlakət zonasında olan hökumət üzvləri iclasda videokonfrans vasitəsilə iştirak edəcək.

Milli.Az