Batumi bazarında yanğın baş verib

14 Fevral 2023 08:08

Gürcüstanın kurort şəhəri Batumidə yerləşən "Hopa" bazarında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtomobil ehtiyat hissələri mağazası yanıb.

İlkin məlumatlara görə, dəymiş ziyanın məbləği 100 min larini (təxminən 38 min dollar) keçir.

Yanğının nədən baş verdiyi hələlik məlum deyil.

Milli.Az