İsrailin bu planlarından çox narahatıq - ABŞ

14 Fevral 2023 08:53

ABŞ İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirmək planlarından dərin narahatdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Əvvəlki administrasiyalarda olduğu kimi, biz gərginliyə səbəb olan və danışıqlar yolu ilə ikidövlətli həll perspektivlərinə xələl gətirən bu cür birtərəfli tədbirlərə qəti şəkildə etiraz edirik", - Prays bildirib.

Milli.Az