Zəlzələdə xəsarət alanların vəziyyəti necədir?

14 Fevral 2023 07:25

"Zəlzələdə zərərçəkən 19 300 nəfərdən 3 636-sı reanimasiyadadır. Onlar hazırda ölkə daxilindəki xəstəxanalarımızda müalicə olunurlar".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyə səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, 8 851 xəstə üzərində cərrahi əməliyyat aparılıb, onlardan bəziləri isə evə buraxılıb.

Milli.Az