Adanada xilasetmə işləri yekunlaşdı

13 Fevral 2023 23:56

Türkiyənin Adana şəhərində axtarış-xilasetmə işləri başa çatıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi Tvitterdə bildirib.

Nazirin sözlərinə görə, bölgədə zəlzələ dağıntıları altından ümumilikdə 34 vətəndaş çıxarılıb, 418 nəfər isə zəlzələnin qurbanı olub.

Milli.Az