Bakıda beşmərtəbəli yaşayış binasında yanğın başlayıb

13 Fevral 2023 23:29

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az