"Odnoklassniki" sosial şəbəkəsində azərbaycanlılar sıxışdırılır?
24 Aprel 2012 17:07
Milli.Az-ın məlumatına görə, bunu oxuculardan biri Day.Az saytına yazıb. O, sübut kimi yaxın ətrafından akkauntları silinmiş və ya saytın administratorları tərəfindən girişin əngəlləndiyi onlarla şəxsin siyahısını da göstərib. Onların əksəriyyətinin silinməsi və ya "dondurulması" "saytan istifadə qaydalarının pozulması" ilə əsaslandırılır.
Amma son 2 həftədə "Odnoklassniki"də silinmiş və ya fəaliyyəti dondurulmuş qrupların siyahısı daha çox diqqətəlayiqdir. Onların bəzilərini təqdim edirik:
"Rodnoy Azerbaydjan" (üzvlərinin sayı 6000-dən artıq);
"BÜTÖV AZƏRBAYCAN" - üzv);
"AZERBAYDJANSKAYA KUXNYA" - http://www.odnoklassniki.ru/group/50741315436576 (1000-dən artıq);
"Zverstva, priçinyonnıye Azerbaydjanu Armeniyey" - http://www.odnoklassniki.ru/group/54222739079206 (təxminən 400 üzv);
"DRUZYA AZERBAYDJANA" - http://www.odnoklassniki.ru/group/50805515485347 (təxminən 200 üzv);
"Azerbaydjanskiy folklor" - 1 gecədə 28 iştirakçının profili silinib. Bir gün sonra isə qrup silinib (54 üzv);
"Kavkaz i Yutub" - təxminən 9000 üzv;
"Velikaya Armeniya ili skazki istorikov" - 1000 üzv;
Bunlar sosial şəbəkədə azərbaycanlılar tərəfindən yaradılmış və saytın administrasiyası tərəfindən silinmiş qrupların hamısı deyil.
Şikayətçi baş verənlər haqda Rusiyanın Azərbaycandakı səfirliyinə də məktub yazdığını bildirir.
Milli.Az