20 yaşlı gənc bıçaqlanaraq öldürülüb

13 Fevral 2023 21:26

Yevlaxda 20 yaşlı gəncin ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az