Bir-birindən ayrı düşən ata və azyaşlı qızın duyğusal görüşü - VİDEO

13 Fevral 2023 19:00

Hatayın Antakya rayonunda baş verən zəlzələdən sonra bir-birindən ayrı düşən ata və azyaşlı qızının günlər sonra görüşü gündəm olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zəlzələdə həyat yoldaşı və 7 yaşlı oğlunu itirən Ahmet Ayan ilə 4 yaşlı qızı Qadə axtarış-xilasetmə işləri zamanı ayrı düşüblər.

Daha sonra ata müalicə üçün Adanaya aparılıb. Günlər sonra isə Qade İskenderundan Adanaya gətirilərək atası ilə qovuşdurulub. Onlar bir-birini gördükdə qucaqlayaraq ağlayıblar.

Milli.Az