Sərxoş bərbər ülgüclə kişinin boğazını kəsdi

13 Fevral 2023 19:40

Gürcüstanın Marneuli rayonunda dəhşətli hadisə baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, rayon mərkəzində bərbər işləyən Elşad Əmiraslanov qonşusu Rahil Məmmədovun boğazını kəsib.

Onlar bərbərxanada spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb. Nəticədə Elşad Əmiraslanov ülgüclə qonşusuna ağır zərər yetirib.

R. Məmmədov rayon xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Milli.Az