Tanınmış cütlük dağıntılardan xilas edilmiş itləri sahibləndilər

13 Fevral 2023 11:20

Türkiyəli tanınmış cütlük Eser və Berfu Yenenler dağıntılardan xilas edilmiş iki iti sahibləniblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Berfu Yenenler bu barədə şəxsi "Instagram" hesabında paylaşım edib:

"Malatyada dağıntılar altından çıxan və ailəsini itirən iki şirin itə evimizi açdıq. İnanıram ki, yaralarımızı birlikdə sağaldacağıq".

Milli.Az