Rusiya ordusunun elit briqadası tamamilə zərərsizləşdirilib

13 Fevral 2023 11:09

"Ukrayna ordusu Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinin elit hesab edilən 155-ci dəniz piyada briqadasını tamamilə məhv edib".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Politico" yayıb.

Məlumata görə, Uqledar yaxınlığında Rusiya ordusunun bir gün ərzində 150-300 dəniz piyadası zərərsizləşdirilib.

Bununla yanaşı, Rusiya ordusunun ötən həftə ərzində təqribən 130 texnikası vurulub.

Milli.Az