Tolik kimsəsiz körpələrdən birini övladlığa götürmək istədi - VİDEO

13 Fevral 2023 09:58

Aparıcı Tarix Əliyev (Tolik) zəlzələdən əziyyət çəkən kimsəsiz körpələrdən birini övladlığa götürmək istəyir.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında video paylaşıb. Tarix Türkiyə səfirliyinə müraciət edərək, sözügedən məsələ ilə bağlı kömək istəyib.

"Mən azyaşlı, bir-iki aylıq körpələrdən birini övladlığa götürmək istəyirəm. Aidiyyatı qurumlardan xahiş edirəm, bununla bağlı mənə kömək etsin. Mənim evimi, iş yerimi araşdıra bilərlər... Bir uşağa sahib çıxmaq istəyirəm", - deyə, Tarix Əliyev qeyd edib.

Milli.Az