"Twitter"in işində problem yaranıb

13 Fevral 2023 08:54

Bazar ertəsi bəzi ölkələrdə "Twitter" mikrobloqlar xidmətinin fəaliyyətində qüsurlar müşahidə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resursların işini izləyən "Downdetector" portalı xəbər verir.

İstifadəçilər sayt və proqramın işi ilə bağlı qüsurlar barədə məlumat veriblər.

Ən çox qüsurlar ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransada qeydə alınıb.

Milli.Az