Malatya və Qəhrəmanmaraşda güclü zəlzələ baş verdi

13 Fevral 2023 07:05

Malatyanın Yeşilyurt rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Malatyanın Yeşilyurt rayonunda yerli vaxtla saat 19:29-da 4,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

***

Qəhrəmanmaraşda yenidən 4,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Milli.Az