Bazar günü Çinin Riçjao şəhərinin yaxınlığında hava məkanında naməlum uçan obyekt (UNO) aşkar edilib, müvafiq qüvvələr onu vurmağa hazırlaşır.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin Qingdao Dəniz İşləri Departamenti məlumat yayıb.
Ərazidə olan balıqçı qayıqlarına müvafiq xəbərdarlıq edilərək, diqqətli olmaları tapşırılıb. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.
Milli.Az