“Qəbələ”də işləmiş məşqçi zəlzələdə öldü

12 Fevral 2023 18:59

"İsgəndərunspor" klubunun qapıçılarla işləyən məşqçisi Uğur Kurt Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə tanınmış jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

Qeyd edək ki, mütəxəssis daha əvvəl "Qəbələ" klubunun akademiyasında da çalışıb.

Milli.Az