Hatayda 147 saatdan sonra xilas edilən azyaşlı: "Çox kirliyəm, məni hamama aparın"

12 Fevral 2023 14:00

Türkiyənin Hatay şəhərinin Yumak rayonundakı 7 mərtəbəli binanın dağıntıları altından 12 yaşlı Cudi və nənəsi sağ çıxarılıb.

Milli.Az azxəbər-ə istinadla bildirir ki, zəlzələdən 147 saat sonra xilas edilən azyaşlının ilk istəyi hamını təəccübləndirib.

Belə ki, o nə yemək, nə də su istəyib. "Çox kirliyəm, məni hamama aparın" deyən azyaşlıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Milli.Az