Eyyub Yaqubov da konsertini təxirə saldı

12 Fevral 2023 13:20

Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən Bakıdakı konserti təxirə düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb:

"Bu çətin zamanda soydaşlarımızın acısını paylaşaraq vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Acınız acımızdır Türkiyə".

O bildirib ki, 15-16 fevral tarixlərində Heydər Əliyev Mərkəzində planlaşdırılan konsert martın 25-i və 26-sında keçiriləcək.

Satılmış bütün biletlər mart ayı üçün etibarlıdır.

Milli.Az