"Şəhərlərimizi yenidən inşa etmək üçün nə lazımdırsa, edəcəyik" - Ərdoğan

11 Fevral 2023 21:17

"Zəlzələ bölgəsindəki bəzi şəhərlərimizi yenidən inşa edəcəyik, bəzilərini isə yenidən dirçəltmək üçün nə lazımdırsa, edəcəyik".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfadakı çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki,  sadəcə vətəndaşlardan bir il zaman istəyir:

"Tariximizin hər dönəmində olduğu kimi, bu çətin günləri də birlikdə atladacağıq", - deyə Ərdoğan əlavə edib.

Milli.Az