Gürcüstanda baş verən zəlzələ Türkiyədə də hiss olunub

11 Fevral 2023 20:51

Gürcüstanda baş verən 4,6 bal gücündə zəlzələ Türkiyənin Artvin vilayətində də hiss olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.

Zəlzələ xüsusilə Gürcüstanla həmsərhəd olan Kemalpaşa, Hopa və Arhavi rayonlarında qorxuya səbəb olub.

Bəzi vətəndaşlar zəlzələdən sonra küçələrə çıxıb.

Milli.Az