“Dağıntılar olan ərazilərdə çadırlara ehtiyac var” - Türkiyə XİN

11 Fevral 2023 19:59

"Azərbaycanın Zəfərində azərbaycanlılar qədər türk milləti də qürur hissi keçirdi. Bugünkü acımızı bizim qədər azərbaycanlı qardaşlarımızın da hiss etdiyini bilirik".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bildirib.

"İnsan və tibbi yardımdan əlavə çadırlar da göndərirlər. Azərbaycandan davamlı olaraq yardım təyyarələri gəlir. Çadırlarla bağlı digər ölkələrlə də danışıqlarımız var. Nəticədə biz çiyin-çiyinə olduq. - deyə nazir əlavə edib.

Çavuşoğlu bildirib ki, hazırda dağıntılar zonasında evsiz qalanların müvəqqəti yerləşdirilməsi üçün ən zəruri ehtiyac çadırlardır.

Milli.Az