Benzia "Qarabağ"da debüt etdi

11 Fevral 2023 19:52

"Qarabağ"ın transferi Yassin Benzia yeni klubunda rəsmi debüt edib.

O, Azərbaycan Premyer Liqasının 22-ci turunda hazırda davam edən "Sabah"la matçda meydana çıxıb. 28 yaşlı yarımmüdafiəçi 80-ci dəqiqədə Leandro Andradenin əvəzinə oyuna daxil olub.

Qeyd edək ki, Ağdam təmsilçisi Benzianı yanvarın 26-da Fransanın "Dijon" klubundan alıb. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Milli.Az