Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığı və çağırışına uyğun olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə 12 000 ABŞ dolları dəyərində maddi yardım göstərib.
ANAMA-dan Milli.Az-a verilən məlumata görə, Agentliyin kollektivi adından ayrılan ianə zərərçəkmiş insanlara dəstək məqsədilə yaradılan müvafiq bank hesabına köçürülüb.
Milli.Az