Bakıda 15 yaşlı qız itkin düşüb

11 Fevral 2023 12:10

Bakıda yeniyetmə qız itkin düşüb.

Milli.Az Lent.az-a istinadən bildirir ki, Nizami rayonunda yaşayan 15 yaşlı G.Ə. fevralın 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun atası E.Ə. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciətində bildirib.

Faktla bağlı həmin bölmədə araşdırma və əməliyyat tədbirləri aparılır.

Milli.Az