Yaponiya Türkiyəyə yardım üçün böyük qüvvə göndərir

11 Fevral 2023 12:54

Yaponiya Özünümüdafiə Qüvvələrinin personalı və təyyarələri Türkiyəyə göndəriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, Yaponiya "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkənlərə yardımda iştirak edəcək:

"Özünümüdafiə Qüvvələri şəxsi heyətini və təyyarəsini Türkiyəyə göndərəcək. Özünümüdafiə Qüvvələrinin əməkdaşları fevralın 6-da baş vermiş zəlzələlərdən sonra sahədə fəal olan təşkilatlarla koordinasiya aparacaq və təyyarə ilə bölgələrə tibbi ləvazimatlar daşınmasında iştirak edəcəklər".

Qeyd edilib ki, Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa da keçirdiyi mətbuat konfransında zəlzələ bölgəsində işləmək üçün Türkiyəyə tibbi heyətin göndərilməsinə qərar verildiyini açıqlayıb.

Milli.Az