Bakıda qadın qətlə yetirilib

11 Fevral 2023 09:03

Fevralın 11-də saat 07 radələrində Xəzər rayonu rayonu Binə qəsəbəsində 1968-ci təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbut xidmətindən bildirilib ki, araşdırmalarla cinayət əməlini törədən qadının həyat yoldaşı 1967-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Milli.Az